Hökumət mayın 26-na həsr olunmuş tədbirlərin təşkili ilə bağlı planı təsdiqləyib

46

Gürcüstan hökuməti mayın 26-na həsr olunmuş tədbirlərin təşkili ilə bağlı planı təsdiqləyib.

Sənədə əsasən, tədbirlər Aleksandre bağı, Orbeliani küçəsi və ətraf ərazilərdə keçiriləcək.

Bundan əlavə, hökumətin sərəncamına əsasən, mayın 26-na həsr olunmuş tədbirlər çərçivəsində Tbilisidə, Azadlıq meydanında və 5 bələdiyyədə andiçmə mərasimi keçiriləcək.

Sənədə əsasən, Mədəniyyət Nazirliyinə Tbilisidə, Aleksandre bağında, Orbeliani küçəsində və ətraf ərazilərdə təhsil və əyləncə məkanlarının təşkili tapşırılıb. Onların arasında: idman fəaliyyət sahəsi, mədəni fəaliyyətlər üçün tematik zona, sərgi sahəsi, uşaq meydançaları, şərabın dequstasiyası və istirahət zonası, ərazinin dekorasiyası olacaq.

Həmçinin, Mədəniyyət Nazirliyi Gürcüstanın Müstəqillik Bəyannaməsi münasibətilə Prezident Sarayında və onun ətrafında saat 17:10-da təntənəli bayram tədbirinin keçirilməsini təmin etməlidir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneuli- Sadaxlı magistralında avtomobil piyadanı vurub
Öncəki yazı
Mixail Kavelaşvili Bakıda Əli Əsədovla görüşüb