Another advertisement
Gürcüstan hökuməti Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzeni vəzifəsindən azad edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə İrakli Kobaxidze fərman imzalayıb.
Sənəddən aydın olur ki, müvafiq fərmanla hökumət Zurab Pataradzenin tutduğu vəzifədən 2025-ci il yanvarın 1-dən azad edilməsi təklifi ilə Gürcüstan prezidentinə müraciət edir.
Məlumat üçün bildirək ki, Zurab Pataradze 2018-ci il avqustun 29-dan Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.