Hökumət bütün növ benzini ucuz qiymətə alacaq– Nə qədər ucuzlaşıb ?

68

Gürcüstan hökuməti yanacağın alınmasını 11 tetrlə ucuzlaşdırıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumat Dövlət Satınalmaları Agentliyində dərc olunmuş konsolidasiya edilmiş tenderin nəticələrindən məlum olub.

Tenderə əsasən, oktyabr ayında bağlanmış müqaviləyə uyğun olaraq, noyabrda hökumət bütün növ benzini 1 litr üçün 11 tetrlə ucuz qiymətə alacaq, dizel yanacağı isə əvvəlki ayla eyni qiymətə satılacaq.

Xüsusilə:

  • Konsolidasiya edilmiş tenderə əsasən, hökumət 1 litr super (oktan ədədliyi ən az 98) yanacağı noyabrda 2,56 laridən alacaq (oktyabrda 2,67 lari). Tenderi “Visol Petroleum Georgia” şirkəti qazandı.

  • Premium tipli yanacaq isə noyabrda 1 litr üçün 2,27 lari olacaq (oktyabrda 2,38 lari idi), tender qalibi “Rompetrol Georgia”dır.

  • Euro regular tipli yanacaq hökumətə noyabrda 2,25 lariyə başa gələcək (oktyabrda 2,36 lari), qalib şirkət “SOCAR Georgia Petroleum”dur.

  • Euro dizel (PPM 10-dan çox olmayan) isə 1 litr üçün 2,53 lari olacaq, oktyabrla eyni qiymətdir. Tenderi “San Petroleum Georgia” qazandı.

Qeyd edək ki, Gürcüstanda yanacağın pərakəndə qiyməti “Platts” məlumatlarına əsasən müəyyən olunur. Yanvar ayında benzinin orta qiyməti ton üzrə 737,02 ABŞ dolları, dizel isə 714,91 ABŞ dolları olub. Fevralda benzinin qiyməti 726,55, dizelin 705,3 dollar, martda isə benzinin qiyməti 683,89, dizelin 655,55 dollar olub. Apreldə benzinin qiyməti 657,48, dizelin 611,95 dollar; mayda benzinin qiyməti 671,79, dizelin 603,40 dollar; iyunda benzinin qiyməti 716,94, dizel 681,05 dollar; iyulda benzinin qiyməti 707,32, dizel 724,32 dollar; avqustda benzinin qiyməti 702,78, dizel 671,81 dollar; sentyabrda benzinin qiyməti 728,64, dizel 704,36 dollar; oktyabrda isə benzinin qiyməti 674,92, dizel 678,54 dollar olub.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Daxili İşlər Nazirliyi Tbilisidə yaşayan Azərbaycanlı jurnalist Əfqan Sadiqovu yolun bağlanması səbəbindən 275 000 lari cərimələyib – ƏTRAFLI
Öncəki yazı
Bolnisidə qanunsuz ağac kəsimi və daşınması aşkarlanıb – ƏTRAFLI