Hökumətdən vergi amnistiyası ilə əlaqədar QƏRAR – ƏTRAFLI

24

Hökumət fiziki şəxslər üçün vergi amnistiyası elan etmək qərarına gəlib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Müvafiq qanunun qəbulu nəticəsində 145 min fiziki şəxsin 590 milyon lari məbləğində vergi borcu silinəcək.

Kobaxidze qərarın hazırlanmasına görə maliyyə nazirinə təşəkkür edib.

Biz İqtisadi Şuranın iclasında fiziki şəxslərin vergi borcunun silinməsi ilə əlaqədar qərar qəbul etdik.
Vergi borcu olan çoxlu sayda fiziki şəxslər var. Buna görə də onlar iqtisadi fəaliyyət göstərmək imkanından məhrumdurlar. Ona görə də borcları silmək qərarına gəldik. O cümlədən, bütün fiziki şəxslər, o cümlədən fərdi sahibkarlar 2021-ci il yanvarın 1-dək yaranmış və ödənilməmiş vergi borcları və hesablanmış vergilər də daxil olmaqla tam silinəcək. 145 min həmvətənimiz iqtisadi həyatda fəal iştirak etmək imkanı əldə edəcək ki, bu da iqtisadiyyatın inkişafına kömək edəcək”, – deyə Baş nazir bildirib .

17
4
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Rusiyada sel həyatı iflic etdi – Yollar bağlanıb
Öncəki yazı
Çavuşoğlu: “Qərb İrəvana bir versə, biz Bakıya üç verəcəyik”