This is a specific ad

Hökumət İqtisadiyyat Nazirliyinin Milli Nəqliyyat və Logistika Strategiyasının 2023-2024-cü illər üçün Fəaliyyət Planını təsdiqləyib

54

Another advertisement

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib.

Qafqaztürk.com xəbər verir ki, Hökumət administrasiyasının məlumatına görə, Nazirlər Kabinetinin üzvləri gündəliyə daxil olan 22 məsələni müzakirə ediblər. Onların arasında Gürcüstan hökuməti İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2023-2030-cu illər üzrə Milli Nəqliyyat və Logistika Strategiyasını və onun 2023-2024-cü illər üçün Fəaliyyət Planını təsdiqləyib.

“Strategiya Gürcüstanın regional nəqliyyat və logistika mərkəzi kimi yaradılmasını təşviq etmək üçün uzunmüddətli baxışı, məqsəd və vəzifələri ehtiva edir.

Sənəddə logistika sektorunun gücləndirilməsi və logistik xidmətlərin keyfiyyətinin yüksəldilməsi, o cümlədən avtomobil, dəmir yolu, dəniz nəqliyyatı, mülki aviasiya sahələrinin səmərəli fəaliyyətinin təmin edilməsi və beynəlxalq nəqliyyat marşrutlarının rəqabət qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirilir. Eyni zamanda, strategiya əmək bazarının tələb və ehtiyaclarına uyğun olaraq nəqliyyat və logistika sektorunda insan kapitalının inkişaf etdirilməsi məqsədini daşıyır.

Yük daşımalarının təşviqi ilə yanaşı, sərnişindaşımanın inkişafı prioritet məsələdir. Sənədin müzakirəsi zamanı vurğulanıb ki, Gürcüstanın mobillik ehtiyaclarının ödənilməsi və turizm potensialının gücləndirilməsi üçün nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi son dərəcə vacibdir.

Strategiya İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi tərəfindən Dünya Bankının dəstəyi, aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Bundan əlavə, ictimai məsləhətləşmələrin bir neçə raundu keçirilib və onların əsasında qəbul edilmiş tövsiyələrin böyük hissəsi sənədin yekun variantına daxil edilib.

Hökumətin fərmanına əsasən, Gürcüstanın nəqliyyat və logistika sektorunun inkişafı üzrə idarələrarası komissiya da yaradılıb ki, bu komissiya strategiyada, müvafiq tədbirlər planında müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək və eyni zamanda – nəqliyyat sahəsində çağırışlara effektiv cavab verməyi təmin etməlidir.

Məsələnin müzakirəsi zamanı qeyd olunub ki, qloballaşma və Avropa İttifaqı ilə artan iqtisadi əlaqələr Gürcüstanın beynəlxalq ticarətə tam inteqrasiyası üçün unikal imkan yaradır. Beləliklə, nəqliyyat və logistika sektoru bu prosesdə həlledici rollardan birini oynamalıdır. Həmçinin qeyd olunub ki, bu baxımdan Gürcüstanın Avropa İttifaqının nəqliyyat sisteminə inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir ki, bu da Avropa standartlarının tətbiqini və nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini nəzərdə tutur”, – məlumatda qeyd olunur.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Latviyanın Baş naziri istefa verib
Öncəki yazı
Tbilisidə 11 yaşlı qızı axtarırlar