This is a specific ad

“Hippodromun keçmiş ərazisində yaşayış binasının tikintisi nəzərdə tutulmur”-Kaxa Kaladze

210

Another advertisement

“Kartu” xeyriyyə fondunun şəhər parkının abadlaşdırılması işlərini apardığı Hippodromun keçmiş ərazisində yaşayış binasının tikintisi nəzərdə tutulmur.

QafqazTürk Media xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze müvafiq suala cavab olaraq bildirib.

Onun qeyd etdiyi kimi, binanın tikintisi layihəsi Tamaraşvili prospektində həyata keçirilir və onun sözügedən ərazi ilə əlaqəsi yoxdur.

“Bu ərazinin avtodromla heç bir əlaqəsi yoxdur, çünki qeyd olunan layihə Tamaraşvili prospektində həyata keçirilir. Hippodromun keçmiş ərazisi Bidzina İvanişvilinin və ailəsinin layihə kimi həyata keçirdiyi ən yaxşı istirahət məkanlarından biri olacaq. İstirahət və əyləncə üçün ən vacib yaşıl məkanlardan biri olacaq. Biz qeyd olunan layihənin həyata keçirilməsini alqışlayırıq. Bələdiyyə hər zaman bu məkanın təşkilinə hər cür dəstək verəcək”, – deyə Kaxa Kaladze qeyd edib.

İşlərin yekunlaşma müddətinə gəlincə, paytaxt meri qeyd edib ki, əhalinin müraciəti əsasında layihədə müəyyən dəyişikliklər edilib.

“Layihədə bəzi dəyişikliklər edilib. Bu barədə ictimaiyyətə də məlumat vermişik. Əhali tərəfindən belə bir müzakirə var idi ki, məsələn, ərazidə yapon və fransız bağları salınmasın, çəmənliklərə daha çox yer ayrılsın. Bu qərar qəbul edilib və layihədə müəyyən düzəlişlər edilib. Ola bilər ki, iş o qədər də böyük tempdə getmir, amma proses gedir. Müddətlərlə bağlı məlumatı fondla dəqiqləşdirin”, – deyə paytaxt meri vurğulayıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
რა ეღირება დოლარი და ევრო 11 ოქტომბერს
Öncəki yazı
ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən verilən vizalar dəyişir