This is a specific ad

Hindistanda cəsəd niyə yandırılır?

298

Another advertisement

Hindu adətinə görə, ölülər yandırılır, çünki belə hesab edilir ki, insan dünyasını dəyişən zaman cəsəd yandırılmasa ruh bədəndən ayrılmaq istəmir.

Həm də bu, ruhu azad etməyin və onun reenkarnasiyasına kömək etməyin ən sürətli yoludur. Kremasiyanın başqa bir əsas səbəbi, dünyasını dəyişənin ruhunun başqa bir bədənə daxil olmasına imkan verməməkdir.

Cəsədi necə yandırırlar?

Ölən şəxsin cəsədi ailəsi və dostları tərəfindən çayın və ya suyun yaxınlığındakı kremasiya sahəsinə aparılır və ayaqları şimala baxacaq şəkildə odun üstünə qoyulur. Ölü yandırılmadan öncə ölüyə od verəcək şəxs (ailənin böyük oğlu və ya ailənin digər kişi cinsinin nümayəndəsi və ya aparıcı kremator) çayda çimir.

Yandırılmış meyitin külü ilə nə edirlər?

Yandırılmış cəsədlərin külləri adətən hindu praktikasında müqəddəs sayılan çaylara buraxılır. Qanqa ən müqəddəs çay, çayın sahilində yerləşən Varanasi isə kremasiya üçün ən müqəddəs yer hesab olunur.

 

Kateqoriya: Araşdırma, Maraqlı
Sonrakı yazı
Ermənistanda İsa Məsihin heykəli ucaldılır
Öncəki yazı
Acaradan olan müsəlman oğlana aşiq olan Ninonun hekayəsi…