Another advertisement
Hindistanda “Bipardjoy” siklonu ölkənin Qucarat ştatının sahilyanı ərazilərinə yaxınlaşmaqdadır.
QafqazTürk.com xəbər verir ki,təhlükəli təbiət hadisəsi ilə əlaqədar ştat rəhbərliyi mətbuata açıqlama ilə çıxış edib.
Belə ki, qasırğa təhlükəsi ilə əlaqədar 74 minə yaxın insan müvəqqəti yaşayış düşərgələrinə köçürülüb.
Həmçinin 51,5 min baş iribuynuzlu heyvan təhlükəsiz əraziyə daşınıb.
Sahilyanı rayonların sakinlərinə əmlakın qorunması istiqamətində müxtəlif tövsiyələr verilib.