Hindistan Xarici İşlər Nazirliyi Hindistan və Pakistan arasında atəşkəs razılaşmasının qüvvəyə mindiyini açıqlayıb.
“Pakistanın Hərbi Əməliyyatlar üzrə Baş Direktoru bu gün saat 15:35-də Hindistanın Hərbi Əməliyyatlar üzrə Baş Direktoruna zəng edib. Razılığa gəlinib ki, hər iki tərəf bu gün Hindistan standart vaxtı ilə saat 17:00-dan (Tbilisi vaxtı ilə 15:30) quruda, havada və dənizdə bütün növ döyüş əməliyyatlarını dayandıracaq”, – Hindistanın xarici işlər naziri Vikram Misri bildirib.
Bundan əlavə, ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, o, ABŞ-ın vitse-prezidenti Cey Di Vansla birlikdə Pakistan və Hindistan rəsmiləri ilə danışıqlarda iştirak edib.
“Tərəflər neytral ərazidə müxtəlif məsələlər üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər”, – Marko Rubio X-də yazıb.