Hindistan və Pakistan iki ölkənin atəşkəslə bağlı razılaşdıqlarını bildirməsindən sonra bir-birini razılaşmanı pozmaqda ittiham edib.
Hindistanın xarici işlər naziri Vikram Misri əldə olunan razılaşmanın dəfələrlə pozulduğunu bildirib. Bir müddət sonra Pakistan Xarici İşlər Nazirliyi Hindistanın bəzi sahələrdə razılaşmanı pozmasına baxmayaraq, Pakistanın atəşkəs razılaşmasına sadiq qaldığını bildirib.
Xatırladaq ki, ötən gün Hindistan və Pakistanın atəşkəs barədə razılığa gəldiyi məlum olub.