Hindistan hava məkanını Pakistan üçün tamamilə bağlayıb. Tənzimləmə Hindistan hökumətinin aprelin 22-də Kəşmirdə Hindistan vətəndaşları da daxil olmaqla, 26 turistin həlak olduğu terror aktına cavabıdır.
Məhdudiyyətlər mayın 23-dək qüvvədə olacaq.
Bundan əvvəl Dehli rəsmi olaraq pakistanlılar üçün vizaları ləğv etmiş və vətəndaşlarını Pakistanı tərk etməyə çağırmışdı. Buna cavab olaraq Pakistan hava məkanını Hindistan aviaşirkətləri üçün bağlayıb və ikitərəfli ticarəti dayandırıb.
Xatırladaq ki, aprelin 22-də Hindistanda Kəşmirin Pahalqan vadisində silahlı şəxslər turistlərə atəş açıb, nəticədə 26 nəfər ölüb, 17 nəfər yaralanıb.Hindistan və Pakistan arasında münaqişənin əsas səbəbi hər iki tərəfin iddia etdiyi Kəşmir bölgəsidir.