This is a specific ad

Heydər Əliyevin anadan olmasının 101 illiyi

63

Another advertisement
Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında sərgi nümayiş olunub.
Daha sonra tədbir Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov tədbiri açaraq bildirib ki, Ümummilli lider Heydər Əliyev Gürcüstan azərbaycanlılarının və gürcü xalqının qəlblərində daima yaşayır. Onun elmi və siyasi irsinin təbliği istiqamətində işlər görülüb və bu, davam etdirilir. O qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanın əməkdar jurnalisti Nizami Məmmədzadənin müəllifi olduğu Əsrin Yadigarı – Heydər Əliyev kitabının təqdimatı keçirilib.
Daha sonra çıxış edən kitabın müəllifi əməkdar jurnalist Nizami Məmmədzadə kitab haqqında qonaqlara geniş məlumat verib.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Ramiz Hacızadə, Marneuli Bələdiyyəsinin sədr müavini Rövşən İsgəndərov, Dmanisi merinin müavini Arif Süleymanov, Maarif Okurllarının Tbilisi rəhbəri Ali Sedat Aslan, Marneuli Bələdiyyəsinin üzvü Anar Piriyev, Gürcüstan Parlamentinin keçmiş deputatları, İsak Novruzov, Azər Süleymanov, Hidayət Hüseynov, professor Mahmud Kamaloğlu Gürcüstanın Dini Qurumlar üzrə Agentliyin səlahiyyətli nümayəndəsi Abay Paşayev və digər şəxslər çıxış ediblər. Natiqlər öz çıxışlarında Ümummilli Lider Heydər Əliyevin iki ölkə arasında gördüyü misilsiz işlərdən və reallaşan enerji və nəqliyyat layihələrinin əhəmiyyətini xüsusi qeyd ediblər.
Tədbirdə, ADA Universitetinin nümayəndəsi Mahnur Abbasova, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsi Məhəmməd Şamilov, Marneuli və Bolnisi Bələdiyyə Məclisinin üzüvləri, Tbilisi, Marneuli, Bolnisi, Qardabani və Dmansidən ictimayyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirin ikinci hissəsində isə Azərbaycanın milli musiqisi və mətbəxi nümayiş olunub.
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Marneulidə ADA Universitetinin təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib
Öncəki yazı
Şalva Papuaşvili:”Namizədin statusunun dayandırılması şansı sıfırdır”