This is a specific ad

HƏMAS İsraillə atəşkəs şərtlərinə əsasən gündə 10 girovu azad edəcək

13

Another advertisement

İsrail ordusu ilə radikal HƏMAS və İslami Cihad hərəkatları arasında müvəqqəti atəşkəs beş gün davam edəcək.

QafqazTürk.com xəbər verir ki,bu barədə hazırda iki tərəf arasında vasitəçilər vasitəsilə müzakirə olunan sazişin layihəsi ilə tanış olan mənbələr bildiriblər.

“HƏMAS və “İslami Cihad” yaraqlıları oktyabrın 7-dən bəri əsir saxlanılan 10 girovu İsrail həbsxanalarından 30 fələstinli məhbusun əvəzində hər gün azad etmək barədə razılığa gəliblər”, – deyə mənbələr qeyd ediblər.

İsrail də öz növbəsində Qəzza zolağında blokada olan əhali üçün humanitar yardımla gündə 100-dən 300-ə qədər yük maşını keçirməyə razılaşıb.

Mənbələrin vurğuladığı kimi, atəşkəs dövründə quruda, dənizdə və havada bütün hərbi əməliyyatlar dayandırılacaq. İsrail Silahlı Qüvvələri quru əməliyyatının aparıldığı Qəzzanın şimal rayonlarının səmasında öz pilotsuz uçuş aparatlarının kəşfiyyat uçuşlarını gündə altı saat dayandırmağı öhdəsinə götürüb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanın parlament nümayəndə heyəti Xorvatiyada görüşlər keçirir
Öncəki yazı
თბილისში თვითნასწავლი მხატვრის, ხაიალა მუსტაფაევას მხატვრული გამოფენა მოეწყობა