Another advertisement
Yəhya Sinvarın ölümündən sonra HƏMAS-ın yeni liderinin Xalid Məşəl olduğu bildirilir.
QafqazTürk Media bu barədə xarici mediaya istinadla xəbər verir ki, Məşəl İsraillə danışıqların əsas iştirakçıları ilə bütün kommunikasiyalara nəzarət edəcək.
Məlumdur ki, Xalid Məşəl bundan əvvəl 1996-2017-ci illərdə Siyasi Büronun rəhbəri vəzifəsində HƏMAS terror təşkilatına rəhbərlik edib. Son illərdə o, Qətərdə yaşasa da, HƏMAS-ın lideri olmağa davam edib.