This is a specific ad

HƏMAS-ın İsrailə hücumu nəticəsində 12 Ukrayna vətəndaşı ölüb, 8-i itkin düşüb

9

Another advertisement

HƏMAS-ın İsrailə hücumu nəticəsində 12 Ukrayna vətəndaşı ölüb, 8-i itkin düşüb.

Qafqaztürk xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko İsraildə 7 ukraynalının öldüyünü, 9 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını açıqlayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bolqarıstanın xarici işlər naziri – Gürcüstan Avropa İttifaqına inteqrasiya yolunda…
Öncəki yazı
Marneulidə yaşayan 5 nəfərdən ibarət ailənin sizin köməyinizə ehtiyacı var