Another advertisement
HƏMAS-ın İsrailə hücumu nəticəsində ölən Fransa vətəndaşlarının sayı 35-ə yüksəlib.
Aktual.ge xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə bildirilib.
“HƏMAS-ın İsrailə terror hücumu nəticəsində 35 Fransa vətəndaşı ölüb”, – nazirliyin bəyanatında deyilir.Fransa XİN-in məlumatına görə, 9 Fransa vətəndaşı hələ də itkin düşmüş hesab olunur, onlardan bəziləri HƏMAS tərəfindən girov götürülüb.
Xatırladaq ki, oktyabrın 7-də səhər tezdən İsrail ərazisinə Qəzza zolağından raket atəşi başlayıb. İsrail ordusu müharibə hazırlığı vəziyyəti elan edib və oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin müharibə vəziyyətinə daxil olduğunu elan edib. Əməliyyat “Dəmir qılınclar” adı alıb.