HƏMAS daha 16-cı girovun cəsədini Qəzza zolağında Qırmızı Xaç təşkilatına təhvil verib – DETALLAR

56

HƏMAS daha 16-cı girovun cəsədini Qəzza zolağında Qırmızı Xaç təşkilatına təhvil verib.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu təsdiqləyib. Məlumatda qeyd edilir ki, HƏMAS oktyabrın 13-də qalan 20 canlı girovu İsrailə təhvil verib.

Israil dövləti bildirir ki, HƏMAS 28 ölü girovun cəsədini İsrailə verməli idi və indiyədək yalnız 15-ni təhvil verə bilib. Buna bağlı  HƏMAS iddia edir ki, cəsədləri müharibənin getdiyi bölgədə təxliyəsini etmək çətindir.

Xatırladaq ki,Qəzza zolağında cəsədlərin mübadiləsi İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının şərtlərindən biridir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Prokurorluq – Şəxsi yazışmaların məxfiliyini pozan və şəxsi kompüterə qanunsuz daxil olan bir nəfər saxlanılıb
Öncəki yazı
Türkiyədə güclü zəlzələ baş verib