“HƏMAS” atəşkəs razılaşmasının ikinci mərhələsi çərçivəsində Qəzzada qalan bütün girovları azad etməyə hazırdır”, – Əl-Cəzirə bu haqda məlumat yayır.
Mətndə həmçinin bildirilir ki, girovların dərhal dəyişdirilməsi, razılaşmaya əsasən, daimi atəşkəsə və qoşunların Qəzzadan tam çıxarılmasına gətirib çıxarmalıdır.
Bundan əvvəl İsrail baş nazirinin ofisi təsdiqləyib ki, Qahirədəki dolayı danışıqlar nəticəsində “HƏMAS” şənbə günü altı girovu azad edəcək, dörd girovun cəsədi isə sabah İsrailə təhvil verilməlidir.