Another advertisement
Polşada, eyni vaxtda bir neçə bölgədə, Hellouin bayramında uşaqlara içərisində müxtəlif iti əşyalar, o cümlədən mismar konfetlər paylanılıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Polşa mətbuatı yayıb.
İlk hadisə Lipki Welke şəhərində qeydə alınıb, vətəndaş sosial şəbəkədə təcavüzkar haqqında yazıb və oğlunun şirniyyat yeyərkən dişini zədələdiyini, bu zaman konfetlərdə mismarların tapıldığını qeyd edib.
Bununla bağlı Polşanın bir sıra regionlarında araşdırmalara başlanılıb. Şirniyyata kəsici-deşici əşyalar qoyan şəxsləri 3 ilə qədər həbs gözləyir.