“Heç nə dəyişmir, biz ölkəmizin maraqlarını qorumağa davam edirik”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Tbilisi meri və “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze jurnalistlərin suallarını cavablayarkən bildirib.
Kaladzenin jurnalistlərə dediyi kimi, “ölkənin maraqlarından imtina etmək olmaz və olmayacaq”.
“Biz dəfələrlə bəyanat vermişik ki, daimi təzyiq və şantajlara baxmayaraq, biz Gürcüstanı, vətənimizi və xalqımızı qoruyacağıq.
Tərəfdaşlığa və əlaqələrə gəlincə, biz tamamilə açığıq. Biz münasibətlərə hazırıq və həmçinin inanırıq ki, yeni administrasiya çərçivəsində münasibətlər bərpa olunacaq, hər şey tənzimlənəcək və iki ölkə arasındakı münasibətlərə uyğun olacaq”, – Kaladze bildirib.