This is a specific ad

Hazırda yolların vəziyyəti necədir?

43

Another advertisement

QafqazTürk Media Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yaydığı məlumata əsasən, xəbər verir ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib.

Beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale avtomobil yolunda 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş qoşqu, yarımqoşqu və M3 kateqoriyalı avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun qoşqu və yarımqoşqu ilə hərəkətə icazə verilən 50-ci km-lik 158-ci (Okami-Boriti) hissəsində də nəqliyyatın hərəkəti bərpa edilib.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
Suriyanın buna gücü çatacaq!
Öncəki yazı
Müxtəlif ölkə prezidentləri Mixail Kavelaşvilini təbrik ediblər