Hazırda avtomobil yollarında nə baş verir?- yenilənmiş məlumat

76

Qudauri (Posta)-Kobi hissəsində yüngül avtomobillərin hərəkəti bərpa edilib.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən verilən məlumata görə, beynəlxalq əhəmiyyətli Mçxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində yüngül avtomobillərin hərəkəti bərpa edilib, qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin məlumatına görə, Mleta-Qudauri, Qudauri (Posta)-Kobi və Stepantsminda-Larsi hissələrində yol hərəkəti fasiləsiz rejimdə həyata keçiriləcək.Qudauri (Posta)-Kobi hissəsində avtomobillərin hərəkətinə yalnız uçqunlardan mühafizə tunelləri vasitəsilə icazə verilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstan Azərbaycanlıları Konresinin sədri Hüseyn Yusubovdan Ramazan ayı təbriki
Öncəki yazı
Gürcüstanda zəlzələ baş verib