Another advertisement
Havay adalarında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.
QafqazTürk.com xəbər verir ki,bu barədə Maui adasının qubernatoru məlumat yayıb.
“Xilasedicilər Lahaina, Pulehu və Kihei şəhərlərində baş vermiş yanğınların lokallaşdırılması işlərini davam etdirirlər”, – məlumatda bildirilib.
Qeyd edək ki, meşə yanğını çərşənbə günü Havay arxipelaqının kiçik adalarından olan Mauidə başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb.