This is a specific ad

Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Fövqəladə Halların İdarəsi Xidməti vətəndaşlara müraciət edir

226

Another advertisement

Yaxın günlərdə gözlənilən temperaturun yüksəlməsi ilə əlaqədar Fövqəladə Hallar Xidməti vətəndaşları kənd təsərrüfatı sahələrində, meşə və ya əkin sahələrinə yaxın ərazilərdə diqqətli olmağa çağırır.

QafqazTürk Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.

FHX  həmçinin vətəndaşları tüstü və ya yanğın gördükləri zaman dərhal 112-yə zəng etməyə çağırır.

“Ətraf mühitin mühafizəsi üzrə Milli Agentliyin məlumatına görə, yaxın günlərdə Gürcüstanın həm qərbi, həm də şərqi ərazisində temperaturun yüksəlməsi gözlənilir. Bu səbəbdən meşə və çöl yanğınları riski artır.

Fövqəladə halların idarə edilməsi xidməti sizi yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirməyə, kənd təsərrüfatı sahələrində, meşələrin və ya əkin sahələrinin yaxınlığında yanğına səbəb olacaq heç bir addımların atılmamasına çağırır.

Həmçinin, nəzərə almaq lazımdır ki, məişət tullantıları öz-özünə alışa bilər, ona görə də ətraf mühiti çirkləndirməyin.

“Tüstü və ya yanğına səbbə olacaq hallar hiss etsəniz, dərhal 112-yə zəng edin”, – deyə yayılan məlumatda bildirilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
“Mənim Qəhrəmanım-Qiorqi Ancuxelidze”
Öncəki yazı
Gürcüstanda istilərin 39 dərəcədən yüksək olacağı proqnozlaşdırılır