Beynəlxalq turizmdən əldə olunan gəlir rekord həddə çatıb.
QafqazTürk.com xəbər verir ki,bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb.
2023-cü ilin yanvar-iyun aylarının məlumatına görə, Gürcüstan beynəlxalq səyahətlərdən (turizmdən) 1 804 529 935 dollar gəlir əldə edib ki, bu da 2019-cu ilin eyni göstəricisinin (+348 461 374 ABŞ dolları) 123,9% bərpasıdır. 2022-ci illə müqayisədə beynəlxalq səyahətlərdən əldə olunan gəlirlər 661 999 720 (+57,9%) ABŞ dolları artıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında səyahətdən əldə olunan gəlirlərə görə ölkələr arasında Rusiya liderdir. Ümumilikdə, ilin birinci yarısında rusiyalı turistlər Gürcüstanda 482,1 milyon ABŞ dolları xərcləyib. Bu, faktiki olaraq illik 120,4% artım deməkdir. Ötən ilin eyni dövründə rusiyalı səyahətçilərdən əldə edilən gəlir 218,7 milyon dollar təşkil edib.
2023-cü ilin yanvar-iyun aylarında beynəlxalq səyahətçilərdən ölkələr üzrə əldə edilən gəlirlər aşağıdakı kimidir:
Rusiya – 482,1 milyon dollar;
Digər ölkələr – 343,9 milyon dollar;
Türkiyə – 264 milyon dollar;
Aİ ölkələri – 215,7 milyon dollar;
İsrail – 148,2 milyon dollar;
Ukrayna – 101,8 milyon dollar;
Ermənistan – 67,3 milyon dollar;
Azərbaycan – 60,9 milyon dollar;
İran – 50,1 milyon dollar;
Belarus – 48,4 milyon dollar;
Səudiyyə Ərəbistanı – 22,1 milyon dollar.