This is a specific ad

Hakimiyyət Baş nazirin müavininin Putinlə görüşməsini təkzib edib

53

Another advertisement

Hakim “Gürcü Arzusu” partiyasının Baş katibi, Tbilisi meri Kaxa Kaladze Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin Çində keçirilən forum çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə şəxsən ünsiyyətdə olmasını təkzib edib.

Qafqaztürk xəbər verir ki, Kaxa Kaladze bu barədə yayılan xəbərlərin yalan olduğunu deyib.

O, Çinin başlatdığı “Bir kəmər, bir yol” layihəsinin Gürcüstan üçün önəmli olduğunu, Levan Davitaşvilinin bu səbəbdən Çində keçirilən forumda iştirak etdiyini bildirib.

“Rusiya Prezidentinin bu tədbirə dəvət edilməsi o demək deyil ki, biz bu layihədən imtina edəcəyik”,- mer bildirib.

Kaladze Gürcüstan hökumətinin ölkənin maraqlarına uyğun hərəkət etdiyini vurğulayıb

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bu tarixdən mövsümi qrip peyvəndi hamı üçün pulsuz olacaq
Öncəki yazı
“Gürcü Arzusu”: Zurabişvilinin partiya yaradaraq parlament seçkilərində iştirak planları var