İsrail qlobal sülh üçün əsas təhlükədir, ölkələr ona kömək edir, ona silah və siyasi dəstək verir.
QafqazTürk Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Bu gün İsrail beynəlxalq sülh və təhlükəsizliyə əsas təhlükəyə çevrilib, lakin İsrail bu cinayəti törətməkdə tək deyil. İsraili dəstəkləyən, ona silah verən və siyasi dəstək təklif edən ölkələr var”, – deyə Hakan Fidan iordaniyalı həmkarı Ayman Safadi ilə birgə mətbuat konfransında bildirib.
Fidan bir ildən çoxdur ki, İsrailin Qəzzada soyqırım törətdiyini və hazırda İsrailin baş naziri Binyamin Netanyahunun da tədricən Livanı işğal etməyə çalışdığını vurğulayıb.
Məlumat üçün bildirək ki, Türkiyə mətbuatının yazdığına görə, BMT Təhlükəsizlik Şurasının dərhal atəşkəs tələb edən qətnaməsinə baxmayaraq, ötən oktyabrda “Həmas”ın hücumundan sonra İsrail Qəzzaya hücumlarını davam etdirir.