Hakan Fidan Ərdoğan-Putin görüşünün gündəmindən danışdı

1

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gələcək səfəri zamanı Rusiya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinin, xüsusilə qaz qovşağının yaradılması, “Akkuyu” AES-in tikintisi və taxıl dəhlizinin fəaliyyətinin bərpası kimi məsələlərin müzakirəsi planlaşdırılır.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

O qeyd edib ki, görüş zamanı həmçinin Ukraynada vəziyyətin nizamlanması, regional məsələlər, xüsusən də Qəzzadakı vəziyyətin müzakirəsi planlaşdırılır.

Bundan başqa, xüsusilə Suriyada təhlükəsizlik məsələləri var. Suriya ilə bağlı, bildiyiniz kimi, bizim tərəfdaş olduğumuz Astana prosesi də mövcuddur. Digər tərəfdən, Türkiyənin PKK və onun Suriya qolu ilə bağlı həssas məqamları var”, – deyə nazir vurğulayıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Bu məhsullar əhval-ruhiyyəni yaxşılaşdırır – SİYAHI
Öncəki yazı
დუბლინში მოხუცთა თავშესაფარს ხანძარი გაუჩნდა