Hakan Fidan BMT-də Sergey Lavrovla danışıqlar aparıb – VİDEO

1

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin mənzil-qərargahında Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlar aparıb. Görüşdən əvvəl nazirlər əl sıxaraq bir-birindən işlərin necə getdiyini soruşublar.

QafqazTürk.com xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, danışıqlar zamanı Lavrov və Fidan Cənubi Qafqazda aktual problemlərin həlli istiqamətində addımların koordinasiyasının zəruriliyini təsdiqləyiblər.

Bir sıra beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Kəskin regional problemlərə, ilk növbədə Qəzza zolağında, Suriyada, bütövlükdə Yaxın Şərqdə və Qara dəniz bölgəsində, həmçinin Cənubi Qafqazda vəziyyətlə bağlı qarşılıqlı məqbul həll yollarının tapılması maraqları naminə ölkələrimizin addımlarının koordinasiyasının zəruriliyi təsdiqləndi” , – deyə nazirliyin məlumatında qeyd olunub.

Həmçinin bildirilib ki, nazirlər energetika sahəsində əsas Rusiya-Türkiyə layihələrinin icrasının gedişatına toxunub və qarşıdakı ikitərəfli təmasların cədvəlini müzakirə ediblər.

İkitərəfli ticari-iqtisadi əməkdaşlığın cari məsələləri əsaslı surətdə araşdırılıb, qarşılıqlı faydalı əlaqələrin qorunub saxlanılması və daha da genişləndirilməsi maraqları naminə birgə işin davam etdirilməsinin vacibliyi vurğulanıb”, – deyə qeyd edilib.

Xatırladaq ki, Rusiyanın XİN rəhbəri bundan əvvəl BMT-də İran, Livan və İndoneziya xarici işlər nazirləri ilə də görüşüb.

https://baku.tv/dunyaa/lavrov-bmt-de-turkiyenin-xarici-isler-naziri-ile-danisiqlar-aparib

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Milli hərbi xidmətə çağırışçıların maaşı nə qədər olacaq? – ƏTRAFLI
Öncəki yazı
Doğranmış çörəyin bu ziyanları var imiş