This is a specific ad

Hakan Fidan: “Azərbaycanın yanında olmağa davam edəcəyik”

51

Another advertisement

“Türk dünyası getdikcə daha çox təşkilatlanır və əməkdaşlığı dərinləşdirir”.

QafqazTürk.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Astanadakı Türk Dövlətləri Təşkilatının liderlər zirvə toplantısından əvvəl keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasında etdiyi çıxışında deyib.

O, təşkilatı Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) dəstək verməyə çağırıb: “Biz hamımız təcridin əleyhinə olmalıyıq. Kiprdəki türk xalqına qarşı tətbiq edilən ədalətsiz və insanlıqdan kənar təcridin qarşısını birlikdə almalıyıq”.

Qarabağdakı son hadisələrə gəlincə, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək”, – o bildirib.

Fidan üzv ölkələrin xüsusilə ticarət, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində böyük potensiala malik olduğuna diqqət çəkib.

Biz Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın sürətlə institusionallaşmasından və dərinləşməsindən çox məmnunuq”, – nazir bəyan edib.

Fidan Orta Dəhlizin investisiya baxımından daha cəlbedici olması və Transxəzər ehtiyatlarının, xüsusilə Türkmənistan təbii qazının Türkiyə və Avropaya nəqli üçün səylərin göstərilməsinin vacibliyini də vurğulayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Azərbaycanın minifutbol millisi yarımfinala vəsiqə qazandı
Öncəki yazı
მაღაზიაში ასეთს ვერ იყიდით! – უგემრიელესი რაფაელო მკითხველის რეცეპტით