Another advertisement
Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Avropa İttifaqı (Aİ) nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrutu və təşkilata üzv ölkələrin Türkiyədəki səfirləri ilə görüşüb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə XİN bildirib.
Görüş zamanı Cənubi Qafqaz, Mərkəzi Asiya və Ukraynadakı müharibə kimi aktual məsələlər də gündəmə gətirilib.
Tərəflər İsrail-Fələstin münaqişəsini də müzakirə ediblər.