Haaqada Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran mərkəz açılacaq

2

Niderlandın Haaqa şəhərində Rusiyanın Ukraynaya müdaxiləsini araşdıran beynəlxalq mərkəz açılacaq.

QafqazTürk.com xəbər verir ki,komissiyaya Ukrayna, Avropa İttifaqı (Aİ), ABŞ və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorları daxil olacaqlar.

Maraqlı məqamlardan biri budur ki, yeni açılan mərkəzdə Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmayan ABŞ də təmsil olunacaq.

Aİ bildirib ki, mərkəzin əsas məqsədi Ukraynaya müdaxiləyə görə məsuliyyət daşıyanları mühakimə etməkdir.

Mərkəz Ukraynaya qarşı təcavüzün dəlillərini toplayacaq və Kreml rəsmilərinə qarşı ittihamlar irəli sürəcək.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
İcazəsiz hacı olmaq istəyən 17 mindən çox insan saxlanılıb
Öncəki yazı
Qatarların hərəkəti nə vaxt bərpa olunacaq?