Həyətdə yarpaq yandıranlara qarşı cərimə tədbirləri gücləndirilir – 500 lari cərimə tətbiq olunacaq

114

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Nəzarəti Departamenti vətəndaşlara həyətdə və ya bağda toplanmış yarpaqları yandırmamağı tövsiyə edib.

Qurum xəbərdarlıq edir ki, bu qaydanın pozulması qanunla nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olacaq. Nazirliyin açıqlamasında qeyd olunur ki, payız mövsümündə yarpaqların yandırılması hələ də geniş yayılmış zərərli təcrübədir. Yayılan tüstü zəhərli maddələr əmələ gətirir, bu isə həm ətraf mühitə, həm də insanların, xüsusilə də uşaqların sağlamlığına ciddi zərər vurur.

“Tullantıların idarə edilməsi haqqında” qanunun 35-ci maddəsinə əsasən, yarpaq, bağ və park tullantılarının yandırılması 500 lari məbləğində cərimə ilə nəticələnəcək.

Nazirlik vurğulayıb ki, ətraf mühitin çirklənməsinin qarşısının alınması və ekoloji təhlükəsizliyin artırılması qurumun əsas prioritetlərindəndir. Bu məqsədlə nəzarət qrupları ölkə üzrə 24 saatlıq patrul xidməti həyata keçirir və “153” qaynar xəttinə daxil olan müraciətlərə dərhal reaksiya göstərilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Tramp Zelenski ilə görüşdən sonra çağırış edib
Öncəki yazı
18 oktyabr tarixinə olan valyuta məzənnəsi məlumdur