“Hər şey indi başlayır”.
QafqazTürk Media xəbər verir ki, bu sözləri Qiorqi Mamardaşvili Çexiya üzərində qələbədən sonra jurnalistlərə açıqlamasında deyib.
“Biz indi yeni şeylər tapmağa və inkişaf etməyə başlayırıq. Bu- Avropa Çempionatı bizim üçün dönüş nöqtəsi oldu ki, bu da hər bir oyunçunun, həm də komandanın inkişafına kömək edir.
Biz yenicə inkişaf etməyə başlayırıq, hələ çox işimiz var. Bununla- Avropa çempionatı ilə heç nə bitməyib”, – deyə o bildirib.
Onun sözlərinə görə, Albaniya ilə nəzərdə tutulan oyun asan olmayacaq, bununla belə, Gürcüstan millisi qələbə üçün hər şeyi edəcək.
Xatırladaq ki, Gürcüstan – Çexiya oyunu Gürcüstan millisinin qələbəsi ilə başa çatıb. Görüşdə Gürcüstan millisi Çexiyanı 4:1 hesabı ilə məğlub edib.