This is a specific ad

Həkim qanı qatılaşdıran, tromboz yaradan qidalar barədə xəbərdarlıq edib

57

Another advertisement

“Qanın laxtalanması orqanizmə qan itkisinin qarşısını almaq üçün lazımdır. Ancaq qan həddindən artıq qatılaşarsa, damarlar zədələnməsə belə, qan laxtalanmağa başlayır”.

QafqazTürk.com xəbər verir ki, bunu rusiyalı həkim-diyetoloq Mixail Ginzburq qanı qatılaşdıran və qan laxtalanmasına səbəb ola bilən içki və qidaları sadalayarkən bildirib.

Ginzburq qeyd edib ki, qanın laxtalanmasının qarşısını almaq üçün o, şirin qazlı içkilər, məsələn, turşu suyu kimi duzlu içkilər və alkoqol istehlakından çəkinməyi tövsiyə edib.

Diyetoloq, həmçinin xəbərdarlıq edib ki, həddindən artıq şirniyyat istehlakı da qanın qatılaşmasına səbəb ola bilər.

Onun sözlərinə görə, şəkər qlükoza səviyyəsinin artmasına və lipid birləşmələrinin yaranmasına səbəb olur.

“Bu, qan qatılığını artırır və tromboz riskini artırır”, – deyə Ginzburq vurğulayıb.

Bundan başqa, həkimin sözlərinə görə, paxlalılar və bəzi əlavə ət məhsulları (kəsilmiş heyvanın içalatı, başı, ayaqları və s.) istehlakından sonra da qan qatılaşa bilər.

Mütəxəssis izah edib ki, lobya və digər paxlalı bitkilərin tərkibində qanın qatılığını artıran bitki zülalı var. “Qida rasionunda qaraciyər, böyrəklər və ürək kimi ət məhsullarının tez-tez istifadəsi də qanı qatılaşdırır və tromboz riskini artırır”, – deyə həkim əlavə edib.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Pedro Sanchez yenidən İspaniyanın Baş naziri seçildi
Öncəki yazı
“WhatsApp”da yeni funksiya istifadəyə verilib