This is a specific ad

Həyat yoldaşını və qayınanasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib

29

Another advertisement

Rustavi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək, təqsirləndirilən şəxsi iki nəfərin qətlində təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib.

QafqazTürk Media xəbər verir ki, Gürcüstan Prokurorluğunun məlumatına görə, məhkəmə prosesi zamanı təqdim edilmiş dəlillər sübut edib ki, müttəhim 2024-cü il mayın 22-də Rustavidə körpəsi ilə küçədə gəzən həyat yoldaşı və qayınanasını bir neçə dəfə ov tüfəngi ilə güllələyib.

Nəticədə onlar ürək və döş qəfəsindən ağır xəsarətlər alıblar və hər ikisi yerindəcə keçinib.

“Araşdırılan dəlillərlə sübuta yetirilib ki, təqsirləndirilən şəxs 2023-cü ilin aprelindən 22 may 2024-cü il tarixinədək olan müddətdə ayrı-seçkilik motivi ilə arvadını sistemli şəkildə alçaldıb, nəzarət altında saxlayıb, psixoloji və fiziki zorakılığa məruz qoyub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi 2024-cü il mayın 22-də yaxalayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima, 109-cu maddəsinin “B”, “T”, “K” və “L” bəndləri və 126-cı maddənin birinci hissəsi ilə təqsirli bilinir.

Məhkəmə təqsirləndirilən şəxsi ittiham üzrə tam təqsirli bilib və cəzanın forma və tədbiri kimi ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edib”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
“Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının mərkəzi ofisində siyasi şuranın iclası baş tutur
Öncəki yazı
Gürcüstanda avtomobillər ən çox hansı ölkələrə ixrac olunur? – ARAŞDIRMA