This is a specific ad

Həyat yoldaşına qarşı fiziki təzyiq göstərən Penitensiar Xidmətin əməkdaşı həbs edilib

46

Another advertisement

Xüsusi İstintaq Xidmətinin əməkdaşları tərəfindən Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin əməkdaşı saxlanılıb.

QafqazTürk.com xəbər verir ki, qurumun məlumatına görə,cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, 2023-cü ilin oktyabr ayında sərxoş vəziyyətdə asayiş keşikçisi  Zestafoni şəhərində  iş yerində arvadına yaxınlaşıb, onu maşına mindirib və qısqanclıq zəminində ona fiziki təzyiq göstərib. Bundan sonra o, zərərçəkmişin avtomobilini yandırmaqla, onu öldürməklə  hədələyib. Həmin gün cinayətkar  evə qayıdarkən arvadının istəyinə zidd olaraq fiziki güc tətbiq edərək onu sakitləşdirmək üçün bir neçə həb qəbul edib. İstintaq onu da müəyyən edib ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan uşağın yanında həyat yoldaşını təhqir edib.

Xüsusi İstintaq Xidməti zərərçəkmiş qadın müraciət etdikdən sonra dərhal istintaqa başlayıb və prokurorluqla birgə hüquq-mühafizə orqanının əməkdaşının cinayətində təqsirli bilinən dəlillər əldə edilib və məhkəmənin qərarı ilə cinayəkar  saxlanılıb.

Xüsusi İstintaq Xidməti faktla bağlı araşdırmaları davam etdirir”, – deyə məlumatda qeyd olunub.

 

Kateqoriya: Cinayət
Sonrakı yazı
Terrorçuların psixotrop dərman qəbul etmələri ilə bağlı ekspertiza rəyi açıqlandı
Öncəki yazı
Martın 30-dan etibarən paytaxt Tbilisidə 5 marşrut xəttinə avtobus əlavə olunacaq – gözləmə müddəti azaldılacaq