This is a specific ad

Hər gün zeytun yeməyin faydaları

283

Another advertisement

Zeytun A, C, E, PP və B qrupu vitaminləri ilə zəngindir. Bundan əlavə, hər bir zeytunun tərkibində ürək, qan damarları, böyrəklər və qaraciyər patologiyalarının inkişafına mane olan amin turşuları var.

QafqazTürk Media xəbər verir ki, Mütəxəssislər hər gün zeytun yeməyin təsirlərini açıqlayıblar.

Mütəxəssislərin fikrincə, zeytun yemək mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırır. Bu təsir, zeytunun fermentasiya proseslərinə məruz qalan bir məhsul olması səbəbindən əldə edilir. Faydalı bakteriyalar bağırsaqların və mədənin işini yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir. Zeytunun tərkibindəki poli doymamış yağ turşuları isə həzm şirələrinin və fermentlərin istehsalını aktivləşdirir və qaraciyər hüceyrələrini bərpa edir.

Zeytunun gündəlik istehlakı tərkibindəki oleokantal sayəsində Alzheimer xəstəliyinin, eləcə də digər beyin xəstəliklərinin inkişaf riskini azaldır.

Bundan əlavə, zeytunun tərkibində fol turşusu var ki, bu da hamiləliyə hazırlaşan qadınlara tövsiyyə olunur. Zeytun dəmir çatışmazlığı anemiyasından qoruyucu təsirə malikdir.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Avqust ayında ən çox bahalaşan məhsullar
Öncəki yazı
Britaniyanın bəzi bölgələrində qütb işıqları müşahidə edilib