Hərəkətsiz yaşamın yol açdığı xəstəliklər

13

Oturaq həyat tərzinin bir çox xəstəliklərə yol açdığı  və hətta vaxtından əvvəl ölüm riskini artırdığı məlum olub.

Dünyada 1,4 milyarddan çox insan kifayət qədər hərəkət etmədiyi üçün ölümcül xəstəliklərə tutulur.

Hərəkətsiz yaşam tərzinin yol açdığı xəstəlikləri təqdim edirik:

Diabet

İnsulin müqaviməti və diabet, oturaq həyat tərzinin sürətlə yaydığı iki mühüm problemdir. Araşdırmalar göstərir ki, diabet riski hərəkətsiz insanlarda daha yüksəkdir. İnsulin müqaviməti gündə 1500 addımdan az yeriyən, uzun müddət oturan və kalori istehlakına fikir verməyən fərdlərdə daha çox rast gəlinir.

Xərçəng

Oturaq vəziyyətdə sərf olunan vaxt ümumi xərçəng riskini 20 faiz artırır. Uzun müddət oturmaq kolorektal, uşaqlıq yolu, yumurtalıq və prostat vəzi xərçəngi riskini artırır və xüsusilə qadınlarda xərçəngə bağlı ölümlərin yüksəlməsinə səbəb olur.

İmmunitetin zəif olması

İmmunitetin zəif olmasına səbəb kimi çoxsaylı amillər arasında hərəkətsizlik birinci yerdədir. Gündəlik həyatda daha uzun oturan fərdlərin sonrakı dövrlərdə daha kövrək əzələlərə sahib olma ehtimalı yüksəkdir. Gündəlik oturma vaxtının qısalması ilə kövrəkliyin inkişaf riski də azalır. Obez olmaqTədqiqatlar göstərir ki, obez insanlar orta bir insandan gündə 2 saat daha çox otururlar. Oturmaq və ya uzanmaq kimi aşağı enerjili fəaliyyətlərin müddətini artırmaq qeyri-məşq fəaliyyəti ilə yandırılan kaloriləri məhdudlaşdırır. Bu cür enerji istehlakı hətta çəki artımı ilə mübarizə aparmağa da kömək edə bilər.

0
0
Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Azərbaycanla İsrail arasında səhiyyə və tibb elmi sahələrində Əməkdaşlıq Planı imzalanıb
Öncəki yazı
Kreml Moskvaya hücumla bağlı açıqlama verib