Həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb

102

Mçxeta-Mtianeti bölgəsində 21 yaşlı oğlan bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Nazirliyin açıqlamasına əsasən, hadisə şəxsi mübahisə zəminində baş verib.

QafqazTürk Media xəbər verir ki, gənc oğlanı həmkəndlisi bıçaqlayaraq hadisə yerindən qaçıb.

Hadisəni törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) üzrə istintaq aparılır. Bu maddə ilə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb
Öncəki yazı
“Lelo – Güclü Gürcüstan” Partiyasının namizədi Ceyhun Qarayevin qardaşı vurulub – DETALLAR