This is a specific ad

“Həmas” lideri İsmayıl Haniyə öldürüb

122

Another advertisement

Tehranda hava hücumu nəticəsində “HƏMAS” Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə İran İnqilab Keşikçilərinin bəyanatı yayılır.

“Həmas” da İsmayıl Haniyənin ölümünü təsdiqləyib və qətldə İsraili günahlandırır.

HƏMAS-ın məlumatına görə, Haniyə Tehrandakı iqamətgahına “sionistlərin hücumu” nəticəsində öldürülüb.

Məlumat üçün bildirək ki, HƏMAS lideri İsmayıl Haniyə ötən gün Tehranda İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
İranın yeni prezidenti “Amerika və İsrailə ölüm” şüarı ilə and içib
Öncəki yazı
Şalva Papuaşvili prezidenti istefaya verməyə çağırır