Ğvarelidə avtomobil qəzası baş verib- 2 ölü

0

Ğvareli şəhərinin Çavçavadze küçəsində yol qəzası baş verib. Qəza nəticəsində 2 nəfər ölüb.

QafqazTürk.com xəbər verir ki, mövcud məlumata görə, “Toyota Prius” markalı avtomobilin sürücüsü sükanın idarəetməsini itirib və ağaca çırpılıb. Qəzadan sonra avtomobil yanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə ilə əlaqədar digər təfərrüatlar hələlik məlum deyil.

Hadisə gecə saatlarında baş verib.

0
0
Kateqoriya: Kriminal
Sonrakı yazı
Sentyabr ayında ucuzlaşan məhsullar – STATİSTİKA
Öncəki yazı
Türkiyədə böyük antiterror əməliyyatına başlanıldı