This is a specific ad

Gürcüstanlı iş adamını öldürən Azərbaycan vətəndaşı saxlanılıb

113

Another advertisement

Doqquz il əvvəl Tbilisidə Gürcüstanlı iş adamını qətlə yetirən Azərbaycan vətəndaşı Fərid Qurbanov saxlanılıb.

QafqazTurk bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, Fərid Qurbanov İstanbulda saxlanılıb.

Məlumata görə, o, “Tısbağa gölü” kompleksinin keçmiş sahibi Beso Xardzianini qətlə yetirməkdə təqsirli bilinir. İstintaq müəyyən edib ki, Fərid Qurbanov qətl hadisəsini Rusiya vətəndaşı Oleq Doyevlə birlikdə həyata keçirib. Onların hər ikisi eyni gündə Gürcüstandan Türkiyəyə keçiblər.

Gürcüstan Baş Prokurorluğunun müraciəti əsasında Fərid Qurbanov İstanbulda saxlanılıb. Fərid Qurbanovun Gürcüstana ekstradisiya ediləcəyi bildirilir. Cinayətdə iştirak edən digər şəxs Oleq Doyevə gəlincə, o, beynəlxalq axtarışdadır.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Daxili İşlər Nazirliyi zərərçəkmiş vətəndaşa 50 min lari ödəyəcək
Öncəki yazı
2025-ci ildə etnik azlıqlar xüsusi müəllim imtahanı ilə yanaşı, erməni və Azərbaycan dillərindən birləşmiş imtahandan da keçəcəklər