Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin Vl Yay Düşərgəsi Xankəndi şəhərində baş tutur. Düşərgə “Konstitusiya və Suverenlik ili”nə həsr olunub. Düşərgədə 61 ölkədən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən gənc iştirak edir.
Düşərgədə Gürcüstandan olan gənclər- Gülgün Məmmədxanova, Elyana Məmmədova, Edda Qocayeva, Şirvan Namazov, Ülkər Hüseynova və Turan Məmmədov iştirak edirlər.
Qeyd edək ki, avqustun 3-dən 9-na qədər Xankəndidə baş tutacaq düşərgə çərçivəsində panel iclasları, görüşlər, təlimlər, ekskursiyalar və əyləncəli proqramlar nəzərdə tutulub.