Another advertisement
2024-cü ilin yanvarında Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi təxminən 190 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin analoji göstəricisindən 28% azdır.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Rusiya ikinci yerdə olduğu bildirilib. 2024-cü ilin yanvar ayında onun xarici ticarət həcmində payı 14,2% təşkil edib. 2024-cü ilin yanvar ayında Gürcüstandan Rusiya Federasiyasına mal ixracı 41 milyon dollardan çox (52,6% azalma), idxal isə 148 milyard dollardan çox (-15,6%) təşkil edib.