This is a specific ad

Gürcüstanla Çin arasında yük reyslərinin sayı artıb

262

Another advertisement

Gürcüstanla Çin arasında yük reyslərinin sayı artıb. Agentlik artıq Çinin SF Airlines aviaşirkətinə həftədə 2 dəfə artırılmış reyslər həyata keçirməyə icazə verib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Aviasiya Agentliyi məlumat yayıb.

SF Hava Yolları iyulun sonunda Urumçi-Tbilisi-Urumçi marşrutu üzrə yük uçuşları həyata keçirməyə başlayıb.

“Bu ilin iyul ayının sonunda Gürcüstana birbaşa çarter yük reyslərinə başlayan Çin Xalq Respublikasının SF Hava Yolları Urumçi – Tbilisi – Urumçi hava xətti üzrə əməliyyatların tezliyini artırıb. Xüsusilə, sentyabr ayından etibarən aviaşirkət sözügedən istiqamətdə həftədə 2 tezliklə birbaşa yükdaşıma uçuşları həyata keçirəcək.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi artıq SF Hava Yollarına artan tezlikli uçuşlar həyata keçirməyə icazə verib”, –  deyə Mülki Aviasiya Agentliyinin yaydığı məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Hökumət QHT-lər üçün qrant fondu yaradacaq
Öncəki yazı
Fransa istehlak edilən saxta siqaretlərin sayına görə Aİ-də liderdir