Another advertisement
Gürcüstan və Seyşel adaları arasında birbaşa uçuşlar planlaşdırılır.
QafqazTürk Media xəbər verir ki, bu barədə hökumətin qərarında qeyd olunur.
Məlumata əsasən, ölkələr arasında hava nəqliyyatı haqqında saziş artıq imzalanıb.
Sərəncamda deyilir ki, “Gürcüstanın beynəlxalq müqavilələri haqqında” Gürcüstan qanununun 11-ci maddəsinin birinci bəndinə uyğun olaraq, “Gürcüstan hökuməti ilə Seyşel adaları Respublikası hökuməti arasında hava hərəkəti haqqında” imzalanmalıdır.
Məlumat üçün bildirək ki, Gürcüstan Vergi Məcəlləsinin 98-ci maddəsinin 6-cı hissəsinə əsasən Seyşel adaları güzəştli vergitutma tətbiq edilən ölkələr siyahısındadır.