“Gürcüstanla bağlı bütün məsələlərb, o cümlədən Gürcüstanla vizasız gediş-gəliş rejiminin ləğvi mümkünlüyü Xarici İşlər Şurasının dekabrın 16-da keçiriləcək iclasında 27 üzv dövlət tərəfindən müzakirə olunacaq”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Gürcüstan məsələsi son vaxtlar bir neçə dəfə müzakirə olunub. Xarici İşlər Şurasının dekabrın 16-da keçiriləcək iclasında Gürcüstanla bağlı məsələ 27 üzv dövlət tərəfindən müzakirə olunacaq. Düşünürəm ki, bu görüşdən sonra sizinlə daha çox məlumat paylaşacam. Onu deyə bilərəm ki, bütün variantlar masadadır. Bunu biz aylardır deyirik və bu variantlara Gürcüstanla vizasız gediş-gəliş rejiminə son qoymaq imkanı da daxildir, lakin bu, Avropa İttifaqının 27 üzv dövləti tərəfindən müzakirə olunacaq və qərar veriləcək”, – səfir qeyd edib. .