This is a specific ad

Gürcüstanla Azərbaycan arasında keçirilən yoldaşlıq oyununun qalibi olan ölkə…

292

Another advertisement

Gürcüstanın 17 yaşadək qızlardan ibarət yığma futbol komandası ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasına böyük hesabla qalib gəlib.

SFF Rustavi Texniki Mərkəzində keçirilən görüş Salome Xubuluri komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna fəal başlayan Gürcüstan millisi 22-ci dəqiqədə Anano Tsikaridzenin dublu və Tako Buliyanın qolu ilə 3:0 hesablı qələbə qazanıb. Matçın yekun hesabını 90-cı dəqiqədə Kesariya Metonidze qeyd edib.

Qeyd edək ki, sentyabrın 30-da Gürcüstan və Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandalarının ikinci yoldaşlıq oyunu keçiriləcək.

Görüş yenidən SFF-nin Rustavi texniki mərkəzində keçiriləcək və saat 13:00-da başlayacaq.

Kateqoriya: İdman
Sonrakı yazı
Hökümətdən UFC çempionlarına bir milyonluq mükafat
Öncəki yazı
İrandan yeni vəd