Another advertisement
Gürcüstanın 17 yaşadək qızlardan ibarət yığma futbol komandası ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasına böyük hesabla qalib gəlib.
SFF Rustavi Texniki Mərkəzində keçirilən görüş Salome Xubuluri komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna fəal başlayan Gürcüstan millisi 22-ci dəqiqədə Anano Tsikaridzenin dublu və Tako Buliyanın qolu ilə 3:0 hesablı qələbə qazanıb. Matçın yekun hesabını 90-cı dəqiqədə Kesariya Metonidze qeyd edib.
Qeyd edək ki, sentyabrın 30-da Gürcüstan və Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandalarının ikinci yoldaşlıq oyunu keçiriləcək.
Görüş yenidən SFF-nin Rustavi texniki mərkəzində keçiriləcək və saat 13:00-da başlayacaq.